SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bakıda keçirilən "Jara-2018” Beynəlxalq Musiqi Festivalı barədə hələ çox danışılacaq. Baxmayaraq ki, festival az oldu, tədbirin möhtəşəmliyi hər kəsi valeh etdi. Gələn il isə Bakıda keçiriləcək “Jara” festivalı daha möhtəşəm olacaq".

BAKU.WS 
xəbər verir ki, bu barədə Azərbaycanın xalq artisti Emin Ağalarov “Jara” kanalına açıqlamasında bildirib.

“Gələn il Bakıda festival daha möhtəşəm olacaq. Bundan əlavə, festivalın keçirilmə müddəti də çox olacaq. Gələn il tədbir bir həftə boyunca davam edəcək”, - deyə xalq artisti bildirib.

Zülfiyyə Qurbanova
BAKU.WS