Həftələr öncə müğənni Roza Zərgərlinin "ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasında xalq artisti Aygün Kazımova ilə müğənni Raufun "Yaraşdın mənə" dueti üçün dediyi sözlər olay yaradıb.

BAKU.WS xəbər verir ki, qarşı tərəfin cavabı özünü çox gözlətməyib.

Müğənni Rauf Əhmədov həmkarının sözlərinə belə reaksiya verib:

"Elə kəskin cavab verərəm ki... Bəyənmədi, bəyənmədi də. Hamı məni sevə bilməz, bu normaldır. Onu da deyim ki, gözəl Aygün Kazımova ilə bərabər yeni bir layihə də hazırlayırıq".

Qeyd edək ki, müğənni Roza Zərgərli "Hit parad"da müğənni Rauf Əhmədovu xalq artisti Aygün Kazımovaya yaraşdırmamışdı. Sözügedən süjeti verilişin 11:44-16-10 dəqiqələrində izləyə bilərsiniz.

BAKU.WS



TƏCİLİ KREDİT SİFARİŞLƏRİ