VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ölüm xəbəri yayıldı, amma həyatdadır...


BAKU.WS bu dəfə sosial şəbəkələrdə, saytlarda sağ ikən "basdırılan" məşhurların adlarını araşdırıb.

1. Aygün Kazımova (xalq artisti)

“Avtomobil qəzası keçirən Aygün Kazımova elə yerindəcə keçinib”. 2014-cü ilin may ayında xalq artisti Aygün Kazımovanın qəzaya düşdüyü və qəza zamanı dünyasını dəyişməsi xəbəri yayılmışdı.

2. Hacı Nuran Hüseynov (aparıcı)

2018-ci ilin iyun ayında sosial şəbəkələrdə Almaniyada müalicəyə yollanmış aparıcı Hacı Nuranın ölüm xəbəri yayılmışdı.

3. Afət Rahilqızı (aparıcı)

2018-ci ilin may ayında sosial şəbəkələrdə ARB telekanlının tanınmış aparıcısı Afət Rahilqızının ölüm xəbəri yayılmışdı.

4. Naibə Allahverdiyeva (xalq artisti)

2017-ci ilin mart ayında saytların birində xalq artisti Naibə Allahverdiyevanın dünyasını dəyişdiyi xəbəri yayılmışdı. Xəbərdə Naibə xanımın gecə saatlarında səhhətinin pisləşməsinə görə xəstəxanaya aparıldığı və daha sonra isə dünyasını dəyişdiyi bildirilirdi.

5. Sevda Sanaliyeva (müğənni)

2014-cü ilin dekabr ayında sosial şəbəkələrdə müğənni Sevda Sanaliyevanın ölüm xəbəri yayılmışdı. Müğənni baş verənlərə elə sosial mediada reaksiya vermişdi: “Ay millət, niyə məni öldürürsüz? Ayıb deyil sizə? Günahdır! Mənə kim nə arzu edirsə, onlara da Allahdan onu arzu edirəm!”

6. Könül Xasıyeva (xalq artisti)

2018-ci ilin aprel ayında uzun müddətdir ki, sağlamlıq problemi yaşayan xalq artisti Könül Xasıyevanın sosial şəbəkələrdə ölüm xəbəri yayılmışdı. Daha sonra məlum olmuşdu ki, xalq artistinin özü yox, xalası vəfat edib.

7. Arif Quliyev (xalq artisti)

2016-cı ilin mart ayında sosial şəbəkələrdə xalq artisti Arif Quliyevin ölüm xəbəri yayılmışdı. Sözügedən xəbərə xalq artisti belə cavab vermişdi: “Səhhətimdə bir az problem var, indi həkimə gedəcəyəm. Hər şey yaxşıdır”.

8. Coşqun Rəhimov (əməkdar artist)

2017-ci ilin noyabr ayında sosial şəbəkələrdə "Bu Şəhərdə" komandasının üzvü Coşqun Rəhimovun ölüm xəbəri yayılmışdı.

9. Kübra Əliyeva (əməkdar artist)

2016-cı ilin oktyabr ayında prodüser Tarix Əliyev (Tolik) "Instagram" hesabında əməkdar artist Kübra Əliyevanın ölüm xəbərini yaymışdı.

10. Nazim Pişyari (müğənni)

2017-ci ilin avqust ayında sosial şəbəkələrdə müğənni Nazim Pişyarinin dostları onun ölüm xəbərini yaymışdı.

Hüseyn Məmmədsalahov
BAKU.WS