VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəbər verdiyimiz kimi, ötən gün qəfil dünyasını dəyişən tanınmış reper Anar Nağılbaz son mənzilə yola salınıb.

BAKU.WS-in məlumatına görə, dəfndə dj Çina (Çingiz Mustafayev) da iştirak edib.

“Anar Nağılbazın vəfatına inana bilmirdim. O, hər zaman mənə dəstək olub, dəfələrlə onun konsertlərində çıxış etmişəm. Uşaqlıqda ilk dəfə məhz Anar Nağılbazın repini dinləmişəm. Onda heç bilmirdim ki, nə vaxtsa mən də məşhur olacağam və onunla dost ola biləcəyəm. 2015-ci ildə “Maşın şou”da iştirak edəndə Anar mənə dəstək olurdu və deyirdi ki, sən qalib gələcəksən və elə də oldu. O, dost kimi, qardaş kimi çox gözəl insan idi. Şəxsən mənə hər zaman dəstək olub. Ötən il Yaşıl teatrda repə dəstək konserti keçirdirdi, amma maddi imkanı o qədər də yaxşı deyildi. Konsertə məni də dəvət etdi, təmənnasız iştirak etdim. Anar Nağılbaz mənə hələ məşhur olmadığım vaxtlarda dəstək olurdu. Ölüm xəbərini eşitdiyim gecə mahnılarını dinlədim, 90-cı illəri yadıma salaraq, gülürdüm, amma sevincimdən yox... Təəssüflər olsun ki, dəfnə sənət adamlarından cəmi 2-3 nəfər gəlib. “Facebook”da hər ikinci məşhur onun ölüm xəbərini paylaşırdı, amma bu dəqiqə burada heç kimi görmürəm. Deyəsən, həyat yalnız “Facebook”dan ibarətdir”.

Qeyd edək ki, reper Anar Cəbiyev (Anar Nağılbaz) 2018-ci il avqustun 4-ü ağır qanaxmadan sonra vəfat edib.

Hüseyn Məmmədsalahov
BAKU.WS