SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış musiqiçi Həsənağa Sadıqov vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə Hacı Nuran Hüseynov məlumat verib. O, sənətkarla fotosunu paylaşaraq, bu sözləri yazıb:

"Çox hayıf. Bu dəqiqə böyük sənətkarımızı itirdik. Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqov (07.12.1950 - 01.08.2018) dünyasını dəyişdi. 67 yaşında. Allah rəhmət eləsin. Yazmağa söz tapmıram".

Qeyd edək ki, H.Sadıqov uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

BAKU.WS