VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prodüser Tarix Əliyev aparıcısı olduğu "Hər şey daxil" verilişində Röyanın və özünün keçmişi ilə bağlı maraqlı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, Tolik Röyanın vəzifəli-pullu insanların himayədarlığı ilə məşhurlaşmadığını vurğulayıb:

"Hamı deyir, İlhamə Quliyeva mənə çörək verir. Mənə heç kim çörək verməyib. Mən gəldim Röya ilə tanış oldum. Tolik adını da mənə Röya verib. Onun yanında işləməyə başladım və bu sənəti öyrəndim.

Bir hadisəni xatırladacam, təxminən 12 il bundan əvvəl Röya məşhur restoranların birində oxuyurdu. Keçmiş müdafiə naziri ailəsilə düz səhnənin qabağında oturmuşdu. Məsafə çox yaxın idi. Röya onu tanımırdı. Mən dedim ki, nazirdi, salam ver. O vaxt Röya şou-proqramlarda 50 manata oxuyurdu. O pulu götürüb 3-4 restorana gedirdik. Oxuyub, evə gəlirdik. Biz böyük adamlarla oturub-durmurduq. Elə şeylər bilmirdik. Ona görə də, mən danışanda heç nədən çəkinmirəm. Bunu ona görə danışdım ki, o özlərini abırlı göstərən abırsızlar, gecəylə bilet alıb, təyyarə ilə xaricə uçurlar. Səhər tezdən də qayıdırlar ki, heç kimin xəbəri olmasın. Bax, mən elə abırsızlara görə heç kimlə danışmaram".

Zülfiyyə Qurbanova
BAKU.WS