VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xərçəng xəstəliyindən əziyyət çəkən ATV-nin "Qanunla biz" verilişinin aparıcısı Zülfiyyə Bayramova kimyaterapiya müalicəsinə başlayıb.

BAKU.WS
xəbər verir ki, tanınmış aparıcı müalicə prosesindən görüntüləri "İnstagram" səhifəsində paylaşıb. 

"Allah heç kimə göstərməsin! Yəqin çoxunuza maraqlıdır, kimyaterapiya necə olur. Buna görə kimyaterapiya aldığım görüntüləri sizinlə bölüşürəm".

Zülfiyyə Bayramova kimyateraöiya müalicəsinə başlamazdan əvvəl saçlarını qırxdırdığı zaman çəkdirdiyi videonu da paylaşmışdı. Onunla bərabər doğmalarının da aparıcıya dəstək olmaq üçün keçəl olmağa qərar verməsi rəğbətlə qarşılanmışdı.
  
Xatırladaq ki, Zülfiyyə Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyinə düçar olduğunu öyrənib. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. O, müalicəsini Milli Onkologiya Mərkəzində davam etdirir.

Zülfiyyə Qurbanova
BAKU.WS