SİZİN REKLAM BURADA!
055 213 76 73



Prodüser Tolik (Tarix Əliyev) Gəncənin güllələnən icra başçısı Elmar Vəliyev haqqında maraqlı faktı açıqlayıb.

BAKU.WS
xəbər verir ki, prodüser İnstaqram səhifəsində icra başçısının xeyriyyəçi əməlindən söz açıb:

"Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə yerləşən universitetlərdə təhsil alan, valideyninin birini və ya hər ikisini itirmiş 54 tələbəni təhsil haqqından azad etdiyini bildirib. Onların təhsil haqqı isə Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilib".

Xatırladaq ki, 2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Qasım Aşbazovun müalicəsi bitib, hazırda evindədir. Elmar Vəliyevin isə müalicəsi davam edir.

Zülfiyyə Qurbanova
BAKU.WS