SİZİN REKLAM BURADA!
055 213 76 73



“Bozbash Pictures” serialındakı “Təzəgül” obrazı ilə çıxış edən aktrisa Asya Abdullayeva vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə aparıcı İlkin Həsəni sosial media hesabında məlumat verib:

“Elə indilərdə aldığım məlumata görə,komandamızın sevimlisi,Şəminin Təzəgüliçkası,ətrafa pozitivlik saçan nənəmiz Asya xanım dünyasını dəyişib. Allah rəhmət eləsin,yaxınlarına,əzizlərinə,övlad və nəvələrinə baş sağlığı diləyirəm”. - İlkin Həsəni qeyd edib.

Qeyd edək ki, aktrisanın yas mərasimi İmişlidə keçiriləcək.

BAKU.WS