VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bəstəkar-müğənni Rəhim Rəhimli pulunu qaytarmayacağı təqdirdə onu məhkəməyə verəcəyilə hədələyən müğənni Günel Ələkbərovanın ifşa edib. 

BAKU.WS 
xəbər verir ki, Muz TV-nin rəhbəri Günelin gündəm xatirinə yalan danışdığını deyib:

"Özünə zəng vurub soruşuram ki, sən hansı mahnıdan danışırsan? Dedim ki, biz bu mahnını düz 15 il öncə yazdırmışıq və keçən il hansısa radioda eşitmişəm. Tənbəllik etmədim, bu gün bir neçə radioya getdim. Həmin mahnını çıxartdım. Mahnını Günel oxuyub. Çox gülməlidir... Mənə deyir ki, Rəhim, sənin yerinə olsam, mən də çıxıb bir şeylər danışaram və gündəmdə olarıq".
 
Xatırladaq ki, "ATV Maqazin Onlarla" verilişinə açıqlama verən Ələkbərova, 10 il bundan əvvəl Rəhim Rəhimlidən 3 min dollara aldığı mahnının bu vaxtadək ala bilməyədiyini deyərək pulunu geri istəyib. 

Zülfiyyə Qurbanova
BAKU.WS