SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənnilər Sevil və Sevinc Səfərova bacıları "ATV Maqazin Onlarla" verilişinin "Hit Parad" rubrikasında səsləndirdiyi fikirləri ilə həmkarlarını özlərinə düşmən edib.

BAKU.WS xəbər verir ki, əzizlərin "Xatirə İslam efirdə olmasa, unudular" sözləri qarşı tərəfi qıcıqlandırıb.

X.İslam bacılara belə cavab verib: "Mənim gözəl qızlarım, əvvəla sizə ayib olsun ki, siz başınızdan böyük danışmısız. Bunu sizə heç yaraşdırmadım. Heç bir musiqi savadı olmayan sənətə təzəcə gəlmis müğənni kimi heç bir ugura imza atmayan gənc, dəliqanlı qızlar necə 18 il peşəkar səhnədə olan və Azərbaycanın bütün karifeylərinin dərsini alan sənətçiyə fikir bildirə bilər? Başa düşürəm, çoxdandır efirlərdə yoxsuz, təzə hit mahnı da yoxdur. Yəni bununla gündəmə gəlməyi düşündünüz? Mən ailə qurduqdan sonra 1 il efirə çıxmadım və unudulmadım da. Olduğum yerdən məmnunam. Hamı qulağını açıb eşitsin, sənəti ən azı sənətim qədər olan kəslər adımı çəkə bilər. Gedin bu sənətə niyə gəlmisiz, necə gəlmisiz, bir az oturub, bu barədə fikirləşin. Burnunuz girməyən yerə başınızı soxmayın. Adam gündəmdə olmaq üçün hər şeyə getməz. Bundansa gözəl bir vokal və ya muğam dərsi keçib, oxumağı öyrənə bilərdiz. Bunu bilin, nə qədər səs və sənət yoxdur, heç vaxt sözünüzün kəsəri olmayacaq. Heç bu günə qədər görmüsüzmü sənəti olan insan mənim sənətimdən danışsın? Bu gün kimlərsə gündəmdə ola bilər, amma bilin, oxuya bilən içəri girdisə, həmin adam stolun altında olur.️ Son sözü bilirsiz, kim deyir? Sənəti olan!"

Zülfiyyə Qurbanova
BAKU.WS