VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist Röya Ayxan ev qiymətinə qolbağısı ilə müzakirə obyekti olub.

BAKU.WS
xəbər verir ki, məşhurların bahalı və brend geyimləri barədə məlumatlar verən “Kim haradan geyinir” adlı "İnstagram" səhifəsi bu dəfə estrada ulduzunun aksesuarlarının markası və qiyməti barədə məlumat paylaşıb.

Səhifənin yazdığına görə, əməkdar artistin tez-tez biləyində gördüyümüz qolbaq "Cartier" brendinə məxsusdur. Qiyməti isəi 36 000 dollar, təxminən 61 200 manatdır.

Bu paylaşım izləyicilərdə böyük maraq yaradıb. Biləyində sərvət gəzdirdiyini yazanlar qolbağın ev qiymətinə olduğunu qeyd ediblər. Röyaya bəxtəvərlik verənlərlə yanaşı, bir qolbağa bu qədər pul verdiyi üçün qınayanlar da olub.

Bəzi izləyicilər isə məlumata inanmadıqlarını bildiriblər və sözügedən qolbağının ucuz bijuteriya olduğunu yazıblar.

Zülfiyyə Qurbanova
BAKU.WS