SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Səhər-Səhər” proqramının aparıcıları Elgiz Əkbər, Nahidə Orucova və müğənni Əli Mirəliyev, əməkdar artist Nüşabə Ələsgərlinin anası Solmaz xanımın dəfn olunduğu qəbirsanlığı sənətçinin özü ilə birlikdə ziyarət edib.

Əməkdar artistin anasının qəbri üstündə olduqca duyğusal anlar yaşanıb. Göz yaşlarına hakim ola bilməyən sənətçi, mərhum anasından həsrət dolu danışıb:

“Anam 3 ay içərisində rəhmətə getdi. Heç özü inanmadı ki, ölə bilər. Artıq 2 il yarımdır ki, anam yoxdur.Anamdan 2 ay sonra cavan bacım rəhmətə getdi. Anam istəməzdi ki, mən ümumiyyətlə ağlayım. Hansı ana istiyər ki, anası qara geyinib, qara bağlasın. Mən anama xoş olsun deyə, ruhu şad olsun deyə əynimi dəyişdim. O biri dünya var. Onlar sadəcə dünyalarını dəyişiblər”.

Qeyd edək ki, sözügedən görüntülər ARB TV-nin “Səhər-Səhər” proqramında yayımlanıb.

BAKU.WS