VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bahalı avtomobilləri, evləri ilə tez-tez gündəmə gələn müğənni Şəbnəm Tovuzlu “Bentley” markalı avtomobil alıb.

BAKU.WS
xəbər verir ki, sənətçi Zaur Kamalın “5/5” verilişinə yeni avtomobili ilə gəlib.

Aparıcı əvvəlcə avtomobilin pultunu müğənniyə göstərərək, 120 min dollarlıq avtomobilin hədiyyə göndərildiyini deyib. Təbii ki, Şəbnəm söhbətin öz avtomobilindən getdiyini anlayıb və belə cavab verib: "Mən hədiyyə maşın qəbul etmirəm, özüm qazanan qızam".

Bu dialoqdan sonra Zaur Şəbnəmin "Bentley" markalı avtomobilinin görüntülərini nümayiş etdirib. Zaur sözügedən videonu öz telefonu ilə çəkdiyini söyləyib.

Görüntüləri görən Şəbnəm, gözdən-nəzərdən qorxduğu üçün efirdə nümayiş etdirilməsini istəmədiyini bildirib.

Zülfiyyə Qurbanova
BAKU.WS