SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Elit Star Cəmilə xarici görünüşünün sosial şəbəkələrdə müzakirə olunmasını qarayaxma kampaniya adlandırdı.

Cəmilə xanım BAKU.WS-ə açıqlamasında, mərhum sənətkar İlhamə Quliyevanın repertuandan "Kaman" mahnısını canlı ifa etməklə bir çoxlarının yuxusuna haram qatdığını bildirdi:

"O yazanlar mənim paxıllığımı çəkən müğənnilərdir, bir də onların prodüserləridir. Yəni o birilər də öyrədilmiş insanlardır. İfamı görüb qorxuya düşüblər. Qorxurlar ki, təzədən qalxıb onların yerini tutaram, toylarını əllərindən alaram. Əl qatmayın özünüzə, mən həmişə öz yerimdəyəm. Respublikada bir Elit star varsa, o da özüməm. İkinci Elit star yoxdur, olmayacaq da. Qorxmasınlar, heç kimin yerinə göz dikmirəm. ".

"Ay insanlar, mən ömrüm boyu gözəl qalmalıyam? Cavanlıqda hamı gözəl olur. Şükür Allaha, iki böyük oğlum var, dörd nəvəm var. Paxıllığımı çəkən o müğənni var e, gedib öz dərdini çəksin. 48-50 yaşı var, ərə gedə bilməyib evdə qalıb. Hələ ailə qura bilməyıb, ortalıqda qalıb. Şükür bu günümə, ərim də var, oğlanlarım da, nəvələrim də.

Elit Star sosial şəbəkədə yazılanlara reaksiya vermək fikrində olmadığını bildirdi: "Bütün günü verilişimlə, nəvələrimlə məşğulam. Boş vaxtım yoxdur ki, o "İnstagram"da yazılanlara cavab verim. Sizin saytdan xəbər tutdum, sözümü də sizin vasitənizlə deyirəm: Məgər gözəllik yarışmasında podiuma çıxmışam ki, xarici görünüşümü müzakirə olunur? Dünya gözəli və ya Azərbaycan gözəli titulu almamışam ki, məni qınasınlar. Əsas odur səsim işləsin, ifam bəyənilsin. Dinlədiz? Səsimdə problem yoxdur ki? Düz oxumuşam? 

Niyə "bomj" oluram, mənim evlərimə nə gəlib? Gedin evsiz-esiksiz, kirayə qalan müğənnilərdən yazın. Tanıdığınız müğənnilərin çoxu kirayə qalır. Ölüb yerə girsinlər. Özünə ev, normal şərait düzəldə bilmirsənsə, yaşama. Bax, belələrindən yazın. Şükür Allaha, mənim hər şeyim var, istirahətim də öz yerində. Xarici görünüşümə gəlincə, kefim istəyəndə makiyaj edib çıxıram, istəməyəndə makiyajsız. Əsas odur ki, sağlam olum. Alkaş yazanlar da bilsinlər ki, mən həyatımda içki içməmişəm"

Zülfiyyə Qurbanova
BAKU.WS