SİZİN REKLAM BURADA!
055 213 76 73



Dörd ildir efirlərdə olmayan teleaparıcı İlham Mirzəyev ATV-də üzə çıxıb.

BAKU.WS-in məlumatına görə, o, Zaur Baxşəliyevin "Bizimləsən" proqramında qonaq olub.

İllərlə Space TV-də yayımlanan "Etiraf" verilişində dəvət etdiyi hər kəsi ağladan Mirzəyev bu dəfə özü göz yaşı töküb.

İki gün əvvəl 50 illik yubileyini təmtəraqlı şəkildə qeyd edən məşhur bu münasibətlə efirə dəvət alıb. O, Zaura sarılaraq kövrəlib və həyəcandan boğazı quruyub.

Zaur, "Ömür boyu sən camaatı ağladırsan, indi də biz səni ağlatdıq"- deyərək, həmkarının həyəcanını zarafatyana atmacalarla aradan qaldırmağa cəhd edib.

İlham Mirzəyevin ağlaması verilişin digər qonağı, xalq artisti Kubra Əliyevanı da kövrəldib.  

Zülfiyyə Qurbanova
BAKU.WS