SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni İzzət Bağırova "Hər şey daxil” verilişində gözlənilməz sual ünvanlanıb. 

BAKU.WS məlumat verir ki, aparıcılar Sevil və Sevinc bacılarının "İzzət səndə ən qalmaqallı duet Sevda Sanəliyeva ilə olub. Söz-söhbət tükənmirdi ki, İzzət Bağırovla rəqqasə Sevda arasında sevgi yaşanıb. Bəlkə də, gənc idiniz, yaraşıqlı idiniz, buna görə insanlar sizi bir-birinizə yaraşdırırdılar. Hətta o xanım açıqlama da vermişdi ki, siz ona rəqsi qadağan etmisiniz” sözlərinə müğənni belə cavab verib:

"Rahidə Baxışla da duet oxuyanda belə söhbət çıxmışdı. Bu duetimiz daha qalmaqallı olmuşdu. Sevda ilə duet oxuyanda internet artıq inkişaf etmişdi deyə söz-söhbət geniş yayıldı, çox müzakirə olundu. Hətta eşitmişdim ki, guya mən demişəm ki, Sevdanı oynamağa qoymuram. Mən ona demişdim ki, "Ən yaxşısı odur ki, sən oxu, gözəl səsin var. Sadəcə, dost kimi məsləhət vermişdim”.

BAKU.WS