SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Rəqsanə İsmayılova verilişlərin birində zarafatla qızı Aysun İsmayılovanın toy qonorarının 10 min manatdan aşağı olmadığını deməsi bir çoxları tərəfindən ciddi qəbul edilib. Aysunun qiymətinin belə baha olması toy bazarına vəlvələ salıb və bəzi toy müğənnilərinin qısqanclığına səbəb olub. 

BAKU.WS xəbər verir ki, Aysun İsmayılova öz Instagram səhifəsində anasının onun aldığı qonorar barədə efirdə dediklərinin bir zarafat olduğunu açıqlayaraq söz-söhbətə aydınlıq gətirib:

"Eşitdim, deyirlər Aysun toylara yaman baha gedir. Bu, bir verilişdə anamın etdiyi zarafat idi (10 min söhbəti). Yəni ki, bu qədər də ciddi qəbul eləməyin. Toy qiymətimiz düşündüyünüz qədər də baha deyil! Dalımca hürməyin! Nə olub⁉️ Hələ təzə başlamışıq da… İmkan versəz qabağa gedəcəyik. Allahın izni ilə".

Zülfiyyə Qurbanova
BAKU.WS