SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış teleaparıcı Aytən Səfərova bir azərbaycanlının edə bilməyəcəyi hərəkəti edib.

BAKU.WS
-in məlumatına görə, ATV-nin aparıcısı sosial şəbəkədə həşərat yediyini nümayiş etdirib.

A.Səfərova fotolara belə şərh verib: “Yeyə bilərsinizmi? Pekində yaşayan tamaşaçımız “XL şou” üçün özümüz və qonaqlarımız üçün göndərib. Yaxın günlərdə görəcəyik kim 2 milyardlıq Çin xalqının yediyini dada biləcək. Ürəyi və mədəsi zəif olanlar baxmasın”.

İzləyicilər bu görüntülərdən iyrəndiklərini yazıblar və belə bir addım atdığına görə onu qınayıblar.  

Maraqlıdır ki, aparıcı həşəratların dadını təsvir etsə də, onlardan yemədiyini yazıb: "İstiotlu, duzlu kartof çipsi kimidir. Maraqlı qoxusu var. Elə bir kartof qızartmasıdır. Yeməmişəm, ay camaat. Sadəcə fotodur. Bunu görəndən sonra iki gündür heç nə yemirəm. Ancaq su içirəm”.

Zülfiyyə Qurbanova
BAKU.WS