SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti qonağı müğənni Sevda Sanəliyeva olub.

7 dəfə dayə dəyişən müğənni başına gələn xoşagəlməz haldan danışıb:

“Biz də cavan dayə tutmuşduq. Çox pis olduğum vaxtlar olub. Biraz almanlar kimi ciddi rejimdə uşağı böyütmək istəyib. Bu qonşularımın da xoşuna gəlmirdi. Bir tərəfdən də xoşuma gəlirdi ki, oğlan uşağını ciddi böyüdür. Sonra gördük ki, ağ edir. Uşağımı incitmişdi. Kamera yazısına baxmazdan əvvəl özü etiraf etmişdi bunu. Oğlum kalyaskadan yıxılanda qızım altında qalmışdı. Qız möhkəm ağlamağa başlayanda qorxub və başlayıb oğlumu incidib. İtələyib, qışqırıb, götürüb divana atıb. Özü yazdı ki, Sevda xanım, Elgün məni əsəbiləşdirdi, ona görə ona hirsləndim. Kameradan baxandan sonra zəng etdim ki, ünvanını versin. Ağladı, ünvanını vermədi”.

BAKU.WS