SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyalı müğənni Dima Bilan, Brilliant Dadaşova, İlham Kərimli və Röya Əliyeva İstanbulda yaşayan azərbaycanlı oliqarxın qızının toyunda səhnə alıblar.

BAKU.WS
-in məlumatına görə, toy məclisində Türkiyənin məşhur sənətçiləri də iştirak ediblər.

Əcnəbilərin də qonaq qismində iştirak etdiyi toyda yalnız Azərbaycan milli rəqsləri təqdim olunub. İlham Kərimov və Röya Əliyeva məhz bu məqsədlə Bakıdan dəvət olunublar.

Türkiyənin ən bahalı otellərindən biri olan "Ciragan Palace Kempinski Istanbul"da düzənlənən möhtəşəm məclisində qonaqlar arasında oliqarxlar çoxluq təşkil edib.

Qeyd edək ki, müəyyən səbəblərdən toy sahibinin adı açıqlanmır.

Zülfiyyə Qurbanova
BAKU.WS