VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son vaxtlar açıq-saçıq geyimləri ilə gündəm olan tanınmış aparıcı Könül Yusfqızı onu təhqir edən insanlara səslənib.

BAKU.WS-in məlumatına görə, Yenicag.az-a açıqlama verən aparıcı belə insanların qanun qarşısında cavab verəcəyini bildirib:

“Fotolarımı paylaşıb, müzakirə edirlər. Çox şeylər yazırlar. Bəziləri kompliment edir, bəziləri söyür, bəziləri də irad bildirir. Hamısına gülüb keçirəm. Düşünürəm ki, işi-gücü olan insan bütün günü sosial şəbəkədə oturub onu-bunu söyməz. Mən tənqidə normal yanaşıram, amma təhqirlə tənqid fərqli anlayışlardır. Bir dəfə belə bir xoşagəlməz hadisə ilə rastlaşdım. Tanımadığım bir şəxs mənə qarşı təhqiramiz ifadələr işlətdi. Qanunlarımız yaxşı işləyir. O insanıi polisə verdim, hüquq mühafizə orqanları tərəfindən cəzasını aldı.  Gəlib məndən üzr də istədi. Heç kəsə ixtiyar verilməyib ki, kimisə təhqir etsin. Edəcəksə, cavabını qanun qarşısında verəcək”.

BAKU.WS