VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış rəqqas İlham Kərimli ilə şoumen-aparıcı Kamran Həsənli arasında qalmaqal başlayıb.

BAKU.WS-in məlumatına görə, Space TV-də yayımlanan “Onda başladıq” verilişində rəqqas tənqid olunub.

Haqsız tənqiddən qəzəblənən İlham Kərimli açıqlamasında qarşı tərəfə kəskin cavab verib:

“Biabırçılıqdır, veriliş xatirinə ağzına gələni danışırlar. Bu savadsızlıqdan irəli gələn bir şeydir. Verilişin reytinqini qaldırmaq üçün ən ucuz vasitələrə əl atmayın! Sizə Azərbaycan xalqı baxır, düz danışın. Qonaqlar haqqında düzgün məlumat verin. Köməkçi aparıcı adını jurnalist qoyub, çağırdığı qonaq haqqında məlumatı yoxdur. Mənim rəqslərimi tənqid edir. Aparıcı qonağı dəvət edir, özü oxuyur, özü oynayır və ümumiyyətlə bağqa mövzudan danışır. Ən azı cürət edib düz danış, heç olmasa ağı qaradan seçməyi bacar”.

Kamran Həsənli rəqqasın iradlarını yersiz adlandırıb: “Bəzi insanlar haqqı dediyimiz üçün bizi guya tənqid etmək istəyirlər.Biz heç kəsdən çəkinmirik, nə də nəyə görəsə heç kimə yaltaqlanmırıq.Efirlər tamaşaçıları elə həddə çatdırıb ki, artıq millət həqiqəti eşitməkdən belə qorxur, hələ danışmaqdan söz belə gedə bilməz. Səviyyəsiuzlik və zövqsüzlük təəssüf ki, artır. Biz də bu cahillərlə efir vasitəsilə mübarizə aparırıq. Bəziləri düşünürlər ki, biz də o biri efirlər kimi bizim verilişə qonaq gələnləri tərif etmək məcburiyyətindəyik və ya onların geyimlərindən, ayaqqabılarından, alt paltarlarından danışıb yola verməliyik. Aglınız o biri efirlərə getməsin!”

Zülfiyyə Qurbanova
BAKU.WS