SİZİN REKLAM BURADA!
055 213 76 73



Aktrisa Leyla Hümmətova mərhum əməkdar artist Xanım Qafarovanın evinə gedib.

Axşam.az-ın məlumatına görə, Leyla “Lider maqazin”lə birlikdə Qafarovanın qızı və anasına baş çəkib.

Qafarovadan danışan Leyla göz yaşlarını saxlaya bilməyib:

“Xanım çox gözəl sənətkar olub. Bütün tamaşalarında olurdum. Qohumlarımızda toy olanda Xanım qadın ansamblı ilə gəlirdi. Çox aktrisa var, amma hər kəs sevgi qazana bilmir. Onu çox insan sevirdi, hörmət edirdi. Uzun zamandır arzu edirdim ki, Xanım Qafarovanın ailəsini ziyarət edim. Nəhayət mənə qismət oldu”.

Mərhumun anası Gövhər Qafarova artıq yeni mənzillərinə köçdüklərini deyib:

“Bu evi bizə yeni verdilər. Çox insanlar var ki, gəlib bizə kömək edirlər. Adlarını çəkməyimizi istəmirlər”.

L.Hümmətova saytımıza açıqlamasında onun bu yolla gündəmə gəldiyini düşünənlərə də cavab verib:

"Kimsə elə başa düşməsin ki, gündəmə gəlmək üçün bu addımı atıram. Xanım Qafarovanı çox sevmişəm. Onun ailəsini ziyarət etmək çoxdankı arzum idi. Bu addım ürəyimdən gəldi".

BAKU.WS