055 213 76 73
Azərbaycana "Avroviziya" sevinci bəxş edən Nigar Camalla müğənni Samir Piriyev "ATV maqazin 10larla" verlişinin "HİT PARAD" rubrikasında kəllə-kəlləyə gəliblər. İki məşhurun arasında çaxnaşma yaşanıb.
Nigarın Samirin fotosunu əlinə alıb barəsində söylədiyi sözlər səs-küyə səbəb olub. Beləki, tanımadığını deməsi qarşı tərəfi cin atına mindirib.
BAKU.WSxəbər verir ki, Piriyev Instaqram-da həmkarına cavab verib: "Azərbaycanda müğənnilik edəsən və yetərincə tanınan müğənnini tanımayasan?
Yaxşı ki, bir dənə "Avroviziya" oldu. Eldarın yanında (red- Eldar Qasımov) əlində bayraq qaçdı və tanındı. Yoxsa bu xanım necə məşhur olardı? Məni Aygün Kazımova tanıyır - Azərbaycanın divası, bir nömrəli ulduzu... Nigar Camal tanımasa da olar".
Rəşad Əliyev
BAKU.WS