SİZİN REKLAM BURADA!
055 213 76 73



"ATV maqazin 10lar"la verlişinin "HİT parad" rubrikasının qonağı sağ göstərib sol vuran, bir sözü ilə şou biznesi bir-birinə qatan müğənni Xatun Əliyeva oldu. Məşhur, həmkarlarını insanlıq kateqoriyasına uyğun olaraq sıralayıb və "top-10"u açıqlayıb.

BAKU.WS xəbər verir ki, Xatunun ilk sözü: "Mən hamını layiq olduğu yerlərə qoyacağam. Mən onları insanlıqlarına görə yerbəyer edəcəyəm".

Müxbir Xatunun düşmanı olan rəqqasə Fatimə Fətəliyevanın adı çəkmişdi ki, məşhur rəng verib, rəng aldı. Xatunun cavabı isə belə oldu: "Onun adını çəkmə".

Əməkdar artist Tünzalə Ağayevanı parodiya edib, mahnısını ifa edən Xatun onu 9-cu pilləyə layiq görüb, hətta falına da baxdı. İkibaşlı və ehyamlı açıqlama ilə Xatun həmkarına bu sözləri ilə yaman sataşdı: "Bunun həyatında paqonlu bir adam görürəm. Tünzalə son zamanlar deyəsən əcnəbi musiqələrə çox qulaq asır. Elə ona görə də yazdığı və oxuduğu mahnıları qatıb qarışdırıb bir-birinə."

Xatun Tünzaləni yarı yolda buraxıb, keçdi Natavanı iynələməyə: "Natavan deyir ki, mən brilliantam, məni istəyin. Hər nöqsanımla, hər aqresiyamla, hər elədiyim hərəkətlə, yalandan güldüyüm süni gülüşlərlə, məni qəbul edin. Qeyri səmimidir və biz danışmırıq. Hamı əmirlə danışır. Mən onu başa düşmək istəmirəm və düşmürəmdə. Mən onun yaratdığı qrupda idim".

Xatun bununlada kifayyətlənmədi, o Natavanı haldan hala salıb və onu əsəbləşdirərək titulla mükafatlandırdı.

"Natavan şou biznesin Anakondasıdır. Anam-anam mənim. Qrupda da anakondalıq edirdi. Heç bir düşmənçiliyim yoxdur onunla. Gərək belə etməsin".

Sənət yoldaşı Nura Surinin şəkillərinə rast gəlməsə də Xatun onun haqda elə sözlər dedi ki, bu sözlər Nuranın 7 qatından keçəcək. 

"Çox danışır, səsi başıma düşür. Bir az mahnı oxusun, sənəti ilə məşqul olsun. Ən azı mənim ifa etdiyim mahnılar kimi. Sənəti olmaya-olmaya ona buna söz atmaqdansa, ayda ildə bir dəfə mahnı oxuyub bizi sevindirsin".

İradə İbrahimovanın şəklini əlinə götürən Xatunun üz ifadəsi 180 dərəcə dəyişdi. Sənətçi İradənin ünvanına təriflər yağdırıb, Röyanın İradəyə söylədiyi "Ailən var, başıvı onlara qat" sözlərindən hiddətləndi. O, Röyanın necə lazımdır həm cavabını verdi, həm də ona sətiraltı mesajlar yolladı.

Ürəyi bununla da soyumayan Xatun keçdi özünü 3 taclı primadonna adlandıran Elnarə Xəlilovaya. Məşhur Elnarəni yerdən yerə vurub, qatdı qabağına, hətta onu "Hit parad"dan uzaqlaşdırdı. 

"Mən hərdən bizim şou əhlinə mat qalıram. Elnarə ilə studiyaların birində təklikdə görüşəndə adamla səmimi davranır. Öpüşür görüşür. Sabahsı günü məclisdə çox adamın içində səni görür nəinki salam vermir, yanında düz keçir, güya ki səni görmür. İfa etdiyi mahnısı isə zövqümcə deyil. Tac söhbətləri yersizdir. Kimin xoşuna gəlirsə, ona elə "Taclı primadonna" desin. Mən onu elə çağırmayacağam. Özünə çəki-düzən versin".

Xatun Əliyevanın iddialarla dolu bu açıqlamalarını sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS