SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə anasına sürpriz edib.

BAKU.WS-in məlumatına görə, Ülkər anasından gizli olaraq İstanbuldan Bakıya gəlib. Məşhurun qızı gecə yarısı anasının evinə gəlib.

İsgəndərli həmin an lentə alınan videonu Instagram hesabında izləyiciləri ilə bölüşüb. Mətanət görüntüyə "8 Martda ən böyük hədiyyə Ülkərimin gəlişi oldu" şərhini yazıb. 

Xatırladaq ki, Ülkər Türkiyə vətəndaşı ilə ailə qurub. Onun toyu isə sentyabr ayında olub.

Sözügedən videonu sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS