VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Qafqazinfo.az saytında əməkdar artist Röya Ayxanın Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri, general Rövşən Əkbərovun oğlu ilə eşq yaşaması xəbəri yayımlanıb.


BAKU.WSxəbər verir ki, ifaçının mətbuat xidməti Primetime.az saytına açıqlamasında Röya ilə general Rövşən Əkbərovun oğlu ilə eşq yaşaması xəbərini təkzib edib. Bildirilib ki, adıçəkilən general oğlu Telmanla ifaçı arasında illərə söykənən dostluq münasibəti var:

“Telman hələ 9 yaşında olarkən Röya xanım onu tanıyırdı. O, əməkdar artistin uşaqlıqdan pərəstişkarları sırasındadır. Telman müğənninin bütün komandası ilə yaxından dostdur və demək olar ki, hər gün bizim yanımızdadır”.

Çox keçməyib ki, əməkdar artistin sosial şəbəkələrdə yayılan sevgi məsələsinə öz münasibətini bildirib. Estrada ulduzu şəxsi İnstagram hesabında xəbəri paylaşıb və “Çox güldüm” şərhini yazıb. Mətbuat xidməti bu məsələyə də toxunub:

“Röya xanım ona görə gülür ki, Telmanla arasında 12 yaş fərq var. İfaçı onun elçilik mərasimində belə iştirak edib və onlar ailəlikcə dostdular. Yəni, xəbər kökündən yalandır Onların münasibətinin nə yerdə olduğunu bilən hər kəs sevgili  iddiasına məhz gülümsəyir. Hörmətli media nümayəndələrinə və Röyasevərlərə səslənirik ki, əsassız xəbərlərə inanmasınlar”.

Rəşad Əliyev
BAKU.WS