SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Nazpəri Dostəliyeva ilə illər öncə müğənni kimi fəaliyyət göstərən, indi isə biznes leydi kimi tanınan Ruhi Əliyeva 10 il aralarında yaşanan dava-dalaşa son qoyub.

BAKU.WS-in məlumatına görə, Nazpəri “Xəzər maqazin”ə açıqlamasında küsülülüyün səbəbindən danışıb, aralarında yaranan münaqişəyə aydınlıq gətirib:

“Ona bir–iki iradımı demişdim. Hətta elə formada demişdim ki, inciməsin. Demişdim, gözəl qızdır, efirə yaraşır, bunları etməsin. Onları yaxşılığına demişdim. Onu qınamıram, ona elə formada çatdırmışdılar ki…”.

Nəzərinizə çatdıraq ki, Dostaliyeva Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində qonaq olarkən, Ruhi efirə canlı telefon bağlantısı quraraq xalq artistinə barışıq əlini uzadıb.

Verlişdə olan barışıq kadrlarını sizə təqdim edirik. 

Rəşad Əliyev
BAKU.WS