SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB Ulduz-un “Virtual həyat” verlişinin növbəti qonağı müğənni Vüqar Muradov olub.

Müğənni, ilk olaraq yeni mahnısından söz açıb:

“Bu, sadəcə mahnıdır. Burda qəribə heç nə yoxdur. Hər zaman sevirəm, ölürəm, yanıram, tökülürəm tipli mahnılar olacaq deyə bir qanun yoxdur. İnsanları həmişə neqativə yönəltmək olmaz. Onları bədbinlikdən çıxarmaq lazımdır. İnsanların üzünü güldürmək lazımdır”.

Vüqar Muradov bunu edənlərin ancaq təhqir məqsədli etdiyini düşünür:

“Ancaq təhqir etmək istəyirlər. Çünki boş-bekar insanlardır. Onların nə elmi var, nə mədəniyyəti var, nə ünsiyyət qurma bacarığı var. Onlar klaviyatura arxasında “şirlərdir”, “qəhrəmanlardır”. Təhqir edən insan bilməlidir ki, sabah onun ailəsinə, namusunu çəkdiyi insnlara qarşı söyüş və təhqir ola bilər. Bunu bilə-bilə yazır”.“Mən onları insan yerinə saymıram. Onlar var, ya yox, məni maraqlandırmır. Mənim başım sevənlərimə qarışıb. Sevməyənlərə ayıracaq vaxtım yoxdur”.

Vüqar Muradovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

BAKU.WS