VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış müğənni Nura Suri yeni fotosessiya etdirib.

Bu layihədən ötrü saç rəngini dəyişən ifaçı BAKU.WS-ə danışaraq fotosessiya barədə fikirlərini belə dilə gətirib:

"Biz bu fotosessiyanı kiminsə xoşuna gəlmək üçün yox, dəyişiklik olsun deyə etdik. Məni tanıyanlar bilir ki, 10 ildən çoxdur özüməməxsus imicim, saç düzümüm, geyim tərzim var. Həmişə insanlar niyə dəyişiklik etmədiyim barədə sual verirdilər. Mənim isə onlara cavabım eyni olurdu: Əgər mən özümə yaraşanı tapmışamsa, bununla daha rahatamsa, niyə komfortumdan əl çəkim?

Elnur Həsənova və fotoqraf Əlibəy Qasımovla belə qərara gəldik ki, layihə üçün dəyişiklik edək. Bu, həm də başqa bir tədbir üçün idi. Məni görənlər tanımadı. Bu da bizim istədiyimiz nəticə idi".

Müğənni bildirib ki, bəzi insanlar onun görüntüsündən razı olmayıb:

"Bəzi izləyicilərim saçın yaraşdığını bildirsə də, digər yarı bəyənmədi. Amma dediyim kimi, layihə üçün qısa müddətli dəyişiklik idi".

Sözügedən fotosessiyanı təqdim edirik:

BAKU.WS