055 213 76 73
26 yanvar tarixində dünyaya göz açan xalq artisti Aygün Kazımova bu il təmtəraqlı mərasim keçirmək istəməyib.
BAKU.WS primetime.az-a istitinadən xəbər verir ki, xalq artisti ailəsi və rəfiqələrini ətrafına toplayaraq doğum gününü evində qeyd edib. A.Kazımovanın təşkil etdiyi məclisdə əməkdar artist Nərgiz Cəlilova da iştirak edib.
Səs-küylü ad günü yığıncağından imtina edən Aygün Kazımova yanvarın 28 və ya 29-da yaxın dostlarının əhatəsində ikinci dəfə doğum günü keçirəcək.
Qeyd edək ki, xalq artistinin bu dəfəki məclisi mediaya qapalı olacaq.
BAKU.WS