VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“O məni ömrümboyu şərləyib, bu gün də şərləməkdə davam edir. Küçələrə düşmüşəm, həyatım təhlükədədir”

BAKU.WS
-in məlumatına görə, bu sözləri Yenicag.az-a açıqlama verən Anar Nağılbaz deyib.

Repçi açıqlamasında keçmiş xanımının onu şərlədiyini deyib:

“O məni ömrümboyu şərləyib, bu gün də şərləməkdə davam edir. Küçələrə düşmüşəm, həyatım təhlükədədir. Onun oturub-durduğu adamlar məni hədələyir. Başıma bir iş gəlsə, bilin ki, məni onlar öldürüb. Nə vaxtsa o adamların adlarını açıqlayacam. Həyatda olmasam da, o adamların kimliyi bilinəcək. Çox qorxuram. Öz canıma görə də deyil, balalarıma görə. Onları atasız qoymaq istəmirəm”.

Qeyd edək ki, Anarın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva mətbuata açıqlamasında “Anar 10 nəfər “vorzakon” toplayıb. Mənim şəkillərimi və mobil nömrəmi onlara göstərib. Sonra onlara göstəriş verib ki, məni zorlasınlar, video, foto çəkilsin, ona təqdim olunsun” deyib.

BAKU.WS