VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"ARB Ulduz"un "Şou məkan" verilişi bu dəfə də olduqca maraqlı buraxılışı ilə diqqət çəkib.

Belə ki, məşhurlara "Hansı sualdan bezmisiniz?" sualını verdik. Cavablarla sizi tanış edirik.

“Yenidən dünyaya gəlsəydiz, hansı sənəti, seçərdiz” sualı həm populyar, həm də çeynənib dadı-duzu qaçmış sual olaraq, sənət əhlini təngə gətirib.

Nüşabə Ələsgərli: “Bir də dünyaya gəlsəydiz, hansı sənəti seçərdiz? Bu tip suallar hamını bezdirir. Başqa məni bezdirəcək elə bir sual yoxdur”.

Əlikram Bayramov: “Mənə verilən bir sualdan bezmişəm: o da ki əgər bu sənət olmasaydı, hansı sənətlə məşğul olardız, sualıdır”.

Tacir Şahmalıoğlu: “Necə olub ki, sənətə başlamısan? Bu, ən istəmədiyim sualdır. Mən indi nə edim? Bir də başlayım 6 yaşımdan bu günə kimi sənət yolumu danışım? Bu sualdan xoşum gəlmir”.

Yaşar Cəlilov: “Mənə sual verirlər ki, yenidən doğulsaydız, müğənni olardızmı? Mən hətta bu sualdan belə bezməmişəm. Sualdır da. Bu insanın marağı var, soruşur. Mənim üçün problem deyil. Əsas odur ki, verdiyi sualın arxasında başqa məqsədlər güdməsin”.

Afaq Aslan: “Ən çox bezdiyim sual budur ki, niyə uşaq doğmursan? Niyə uşağın olmur? Bəsdir də, artıq vaxtın keçir. Sənin yaşıdlarının artıq uşağı var. İnsana nə qədər bu sualı verərlər?”

Niyam Salami: “Nə zaman evlənəcəksən, sualından artıq bezmişəm”.

Aysel Əlizadə: “Ərə getmirsən? Bax, bu sualdan bezmişəm”.

Sənət əhlinin hər zaman göz önündə olması onların çəkilərini də müzakirə mövzusuna çevirib, bu məsələ ilə bağlı sualların yaranmasına gətirib çıxarır.

Zenfira İbrahimova: “Niyə efirdə kök görünürsüz, həyatda arıqsız? Bu sualdan bezmişəm. İkinci sual odur ki, yenidən dünyaya gəlsəydiz, kim olardız?”

Elçin Hüseynov: “Son zamanlar çəki almışam, deyirlər ki, elə bil kökəlmisən. Yaxud necə arıqladın? Bu suallardan bezmişəm”.

Gülay Zeynallı: “Niyə kökəlmirsən, niyə əmələ gəlmirsən? İnstaqramda bir dənə şəkil qoyan kimi bu sualları ünvanlayırlar. Deyirlər ki, çəkini necə saxlayırsız?”

Elvin Abdullayev: “Niyə partlada bilmirsən, niyə sən də sıçrayış yoxdur. Çıkkıdılı mahnılardan niyə oxumursan? Vur, partlat də! Sənə lazımdır sənət, filan? Oxu da “Dağlara gedək”, “Ay eyvandakı”. Bu suallardan bezmişəm”.

Nigar Camal: “Tez-tez məndən bilirsiz nəyi soruşurlar? Sizə demişdilər ki, Cennifer Lopezə oxşayırsız? Bax, bu sualdan bezmişəm”

İzzət Bağırov: “Görünmürsən, yoxsan. Ən çox bu sualdan bezmişəm. Deyirəm ki, dünən efirə baxmısan? Deyir yox. Deyirəm ikinci gün baxdın? Deyir, yox. Bəs şənbə günü? Yox. Cavab verirəm ki, deməli sən baxmayıbsan da”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

BAKU.WS