SİZİN REKLAM BURADA!
055 213 76 73



“Forbes” jurnalı 2017-cı ildə ən çox gəlir əldə edən müğənnilərin adlarını açıqlayıb.

BAKU.WS xəbər verir ki, siyahıya amerikalı reper Şon Kombs (Paf Deddi) başçılıq edir. Onun builki gəliri 130 milyon dollar təşkil edir.

İkinci yeri 105 milyon dollar gəlir əldə edən Beyonce tutub. Üçüncü yerdə reper Dreyk ($94 milyon), dördüncü və beşinci pillələrdə isə The Weeknd ($92 milyon ) və “Coldplay” qrupu ($88 milyon) qərarlaşıb.

İlk onluqda həmçinin “Guns N' Roses”, Castin Biber, Bryus Sprinqstin, Adel və “Metallica” qrupu yer alıb.

BAKU.WS