SİZİN REKLAM BURADA!
055 213 76 73



Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə onu tənqid edənlərə sərt cavab yazıb. 

BAKU.WS-in məlumatına görə, Tolik onu harınladığı üçün ittiham edənlərə etdiyi yaxşılıqları misal çəkib və bunu etdiyi üçün utandığını bildirib: 

"Mən niyə hər dəfə məcbur olub burada etdiyimi paylaşıb sizin gözünüzə soxmalıyam? Bu, bəzilərinə aiddir. Siz kimsiz axi? Bəyənmirsiz, əcəb edirsiz. Allah caninızı sağ eləsin. Mənim səhifəmə girməyin. Mənə aid olan paylaşımlara rəy yazmayın. Məni sevmək məcburiyyətində deyilsiz. Allah sizin bəlanızı versin. Əzizinizin dərdinə başınız qarşısın, mən yaddan çıxım. Mən çox iş görmüşəm. Heç olmasa mən də bir kasıbın balasın əməliyyat elətdirmişəm. Mən bunu sizə niyə isbat eləməliyəm?"

BAKU.WS