SİZİN REKLAM BURADA!
055 213 76 73



"ARB Ulduz"un "Şou məkan” verilişinin qonağı olan müğənni Aysel Əlizadə maraqlı açıqlamalar verib.

BAKU.WS-in məlumatına görə, o, ilk olaraq Türkiyədəki biznesi olması haqda yayılan xəbərlər haqda söz açıb:

“Allah ağzınızdan eşitsin. Mən də soruşanda ki, Türkiyədə işiniz davam edir? Deyirəm, hansı işim davam edir? Mənim kliplərim çəkilərsə, aranjiman lazım olarsa Türkiyəyə gedərəm. Orda çox dostum var. İstəsəm, orda işbirliyi qura bilərəm. Amma istəmirəm. Öz vətənim mənim üçün yetərlidir. Həyatdır, hər şey ola bilər. Ancaq hazırda Türkiyə ilə heç bir biznes əlaqəm yoxdur. Yəqin ki nə vaxtsa elə bir iş quracam ki, bu haqda heç kim bilməyəcək”.

Müğənninin fanatları onun saçına heyran qaldıqları üçün hər zaman maraqlanırlar ki, bu, Ayselin öz saçlarıdır, yoxsa:

“Ayselin öz saçlarıdır, maşallah. Bir saçlarım qalıb heç olamasa ona göz dəyməsin. Ümumiyyətlə, mən çox göz götürənəm. Bu xəbəri verəndə ekrana gözmuncuğu qoyun. Mən saçlarıma qulluq edirəm. Əvvəllər elə də çox baxmırdım. İndi məndə immunitet zəifliyi yaranıb. Ona görə də saçlarım tökülür. Deyirlər ki, pulu var gedib edir. Amma bunlar boş sözlərdir. Elə maskalar var ki, siz evdə oturaraq da onları edə bilərsiniz”.

Aysel günlərlə ac qaldığını da etiraf edib:

“Bu gün çox yemişəm. Bundan sonra 2-3 gün yeməyə ara verəcəm. Ürəyim bu gün dəhşətli dərəcədə yemək istədi. Paxlava yemişəm, plov yemişəm, halva yemişəm. Hamısı da ki kaloridir. Artıq sabah, birisigün yemək yeməyəcəm. İdmanla məşğul olacam. Əvvəllər yarım saat qaçırdımsa, indi 1 saat qaçacam”.

Sevgisiz insanın yaşamadığını söyləyən müğənninin hələlik əks cinsə qarşı sevgisi olmasa da, hər halda Aysel sevgidən yaman ağızdolusu danışdı:

“İnsan sevgisiz yaşaya bilməz. Bu şərt deyil ki, qarşı tərəfdə mütləq kimsə olmalıdır. İnsanın həyatda sevdiyi şəxs olmalıdır. Onun üçün özəl olmalıdır, onun üçün yaşamalıdır. Bu, önəmli hisslərdir. O yoxdursa, insanın həyatda zövq alacağı nəsə olmalıdır. İnsan yaxınını, doğmasını da sevə bilər. Onların sevgisiylə də yaşaya bilər”.

Münasibət məsələsindən, nə vaxtsa ailə quracağı şəxsin maddi vəziyyətindən ümumi danışan Aysel Əlizadə şəxsi istəklərini də elə bu minvalla çatdırmış oldu:

“Mən Aysel Əlizadə olaraq çox şükür öz ayaqlarım üstə durmağı bacarıram. Bu gün mənim müəyyən qədər qazancım var. Heç Aysel Əlizadə olmasın, olsun hansısa xanım. Heç müğənni deyil. Açıq danışacam. İki -üç min qazanan insan bu məbləğdə qazanca, bu yaşayış tərzinə öyrəşib. Bu insanın ailə qurma şansı yaranır. Ailə quracağı insansa, ayda heç 300-400 manat qazanmır. Amma deyirlər ki, sən kasıb oğlana gedərsən? Mən məntiqlə başa salmaq istəyirəm ki, elə adama gedərəm ki, həyatımı eyni şəkildə yaşamağım üçün lazım olan hər şeyi təmin etsin. Ailə quracağım insan mənə indi necə yaşayıramsa, bax o həyatı mənə yaşada bilməlidi. Yoxsa, mən depressiyaya düşərəm”.

BAKU.WS