SİZİN REKLAM BURADA!
055 213 76 73


ATV telekanalında islahatlar davam edir.

BAKU.WS AzVision.az-a istinadən xəbər verir ki, ATV-nin yeni rəhbərinin qərarı ilə telekanalda yayımlanan "Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırılıb. Məsələ ilə bağlı "Bozbash Pictures"in aktyoru İlkin Həsəni BAKU.WS-ə bildirib ki, bu barədə məlumatı yoxdur. Aktyorun sözlərinə görə, hansısa bir xəbər olsa rəsmi olaraq yayacaq.   

Yaxın günlərdə telekanalın strukturunda ciddi islahatların aparılacağı gözlənilir. Bundan əlavə bəzi əyləncəli verilişlərin də bağlacağı bildirilir.

Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

BAKU.WS