SİZİN REKLAM BURADA!
055 213 76 73



Aktyor Fərda Xudaverdiyev ARB TV-nin efirində yayımlanan "Səhər-Səhər" verilişində qonaq olub. 

BAKU.WS-in məlumatına görə, aktyot efirdə çətin durumda olanda başına gələn bir hadisəni danışıb: 

"Beş ildir işləmirdim. Evin ipoteka krediti ödəyə bilmirdim. Bu məni çox sıxırdı. Bir gün Moskvadan mənə zəng gəldi. Bir oğlan idi və dedi ki, sən 2 il əvvəl mənim toyumu idarə etmisən. Dedi ki, sən neçə gündü mənim yuxuma girirsən. Əvvəlcə demədim problemimi, amma sonra dedim və artıqlaması ilə o pulu göndərdi. 10 gün sonra Bakıya gəldi və mənə yeni iş görmək üçün borc verdi. Sag olsun elə ürəklə verdi ki, 2 aya həmin pulu geri qaytardım".

Nazim
BAKU.WS