VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Youtube” video portalına yüklənən kliplər arasında qısa müddətə yeni rekord vurulub.

BAKU.WS-in məlumatına görə, Puerto-Rikolu pop müğənnisi Luis Fonsinin ifa etdiyi “Despacito” mahnısının klipini 8 aya 3 milyard 400 milyondan çox adam izləyib.

Bundan başqa, klipi 20 milyondan çox insan bəyənib. Qısa müddətdə izlənmə rekordu qıran klipə 1 milyon 200 mindən çox şərh yazılıb.

“Despacito” mahnısı rekordu uzun müddətdir əlində saxlayan cənubi koreyalı müğənni PSY-ın "Gangnam Style” mahnısını xeyli geridə qoyub.

"Gangnam Style” mahnısının klipi 2012-ci ildə “Youtube”a yüklənib və bu günə qədər 2 milyard 900 milyon insan izləyib.

BAKU.WS