SİZİN REKLAM BURADA!
055 213 76 73


 
400 minlik toy xəbəri ilə bir anda mətbuatın gündəminə düşən Aysel Şükürova aparıcılıq edəcək. 
 
BAKU.WS-in məlumatına görə, xanım bu barədə şəxsi Instagram hesabında yazıb. 
 
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı olan Aysel hazırda Instagram-da videobloggerlik edir. Aysel hansı kanalada çalışacağını da qeyd edib: 
 
"Qızlar, çalışın, həyatda məqsədiniz olsun. Çünki əvvəllər öz-özümə deyirdim ki, görəsən, nə vaxtsa arzum gerçəkləşəcək? Elə də oldu. Gerçəkləşdi. Bir daha əmin oldum ki, niyyətin hara, mənzilin ora. Bu söz boşuna deyilməyib. Həmişə istəmişəm ki, incəsənətlə bağlı bir şey edim. Amma bəzi səbəblərdən alınmırdı. 2013-cü ildən bloggerlik edirəm. Onda məni 4000 xanım izləyirdi. Səhifəmi bağladım. Sonra yenidən açdım. Amma səhifəni indi minlərlə xanım izləyir. Artıq "Lider TV”-də aparıcı kimi özümü sınayacağam". 
 
Nazim Babayev
BAKU.WS