SİZİN REKLAM BURADA!
055 213 76 73



"My name is İntiqam" filminin ikinci hissəsi otyabrın 28-də təqdimatı keçiriləcək.

 

Bu barədə filmin baş qəhrəmanı və prodüseri, yumor ustaı Müşfiq Şahverdiyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, filmin qala-gecəsi Nizami Kino Mərkəzində olacaq.


"Hamınızdan tək istəyimiz budur ki, gələsiniz, baxasınız və qiymət verəsiniz, Bu filmimiz birincini kölgədə qoyacaq. Ayın 29-dan isə bütün kinoteatrlarda nümayiş olunacaq. Ümid edirik ki, tamaşaçılar da lazımi diqqəti və dəstəyi göstərəcəklər. Bu il bizim rəqibimiz yoxdur. Bu filmimizdən sonra qışda yeni film üzərində işləyəcəyik. Hər birinizi ayın 28-i gözləyirəm", - deyə Müşviq Şahverdiyev bildirib.


Ziya Səccad

BAKU.WS