SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Üzeyir Mehdizadə növbəti konsert proqramına hazırlaşır.
 
BAKU.WS xəbər verir ki, bu barədə müğənni rəsmi "Youtube" kanalında məlumat yayıb. Bildirib ki, növbəti konserti mart ayının 7-də Dağıstanda baş tutacaq.
 
Üzeyir Mehdizadə Dağıstanın Dərbənd şəhərində keçirilən konsertin 8 Mart Qadınlar Bayramına həsr edildiyini bildirib. O, bəylərə bayram günündə xanımlarını bu konsertə dəvət etməsini məsləhət görüb.
 
Qeyd edək ki, Üzeyir Mehdizadənin mahnıların ölkəmizdə birmənalı qarşılanmır. Lakin müğənninin ölkəmizdə və onun hüdudlarından kənarda çox sayda pərəstişkarları var. Xüsusən də o, Türkiyə və Rusiyada məşhurdur.
 
Aynur Ələkbərova
BAKU.WS