SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
İfaçı Mehman Tağıyev "O səs Türkiyə” yarışmasının növbəti gün baş tutan bölümündə səhnəyə çıxıb.

BAKU.WS-in məlumatına görə, Sibel Canın komandasında olan müğənni Gökhan-Hakan Özoğuzun qrupunda yer alan Yelena Şelkinova ilə üz-üzə gəlib.

"Çarpaz duel” mərhələsində Mehman musiqisi Tofiq Quliyev, sözləri Rəsul Rzaya aid olan "Sənə də qalmaz” adlı mahnını oxuyub.

Həmyerləmiz sonda auditoriya səsverməsi zamanı 48 faiz səs toplayıb və yarışmanı tərk edib.  
 
Arzu Mirzəyeva
BAKU.WS