SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Damlanın "Sevgililər günü"ndə yayımlanan klipi qısa zamanda minlərlə insan tərəfindən izlənilib. 
 
BAKU.WS-in məlumatına görə, müğənni bu barədə öz Instagram hesabında yazıb.
 
"Bilirmisən" adlı mahnıya çəkilən klipin videosu iki gün ərzində 130-mindən çox insan tərəfindən izlənilib. Mahnının söz və musiqisi Talıb Talehə məxsusdur. Rejissor işini isə Aqil M. Quliyev öz üzərinə götürüb. 
 
Damla klipin qısa zamanda bu qədər insan tərəfindən izlənilməsini böyük uğur adlandırıb. 
 
Nazim Babayev
BAKU.WS