VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"ARB Ulduz”un "Şou-məkan” proqramının növbəti qonağı müğənni Rahidə Baxışova olub.

BAKU.WS-in məlumatına görə, bir müddət şou-biznesin qaynar alovundan uzaq düşən və yenidən qayıdışı ilə əvvəlkindən də sürətli yeniliklərə imza atan Rahidə Baxışova qətiyyətli açıqlamalar verib:

Ailəsi haqda dildən-dilə dolaşan fikirləri təkzib edən sənətçi övladları haqda da ürəkdolusu danışdı. Bilmədiyiniz üstüörtülü məqamları Rahidə Baxışova ilk dəfə bizimlə bölşüdü:

"Mən ailə həyatı qurdum. Övlad dünyaya gəldi. Fikirləşdim ki, bir müddət sənətdən uzaqlaşmaq lazımdır. Körpə uşaqla sənət bir arada alınmırdı.

Həmişə arzum olub ki, övladlarım dünyaya gəlsin, qızım olsun, oğlum olsun. Çox şükür, oğlum var idi, qızım da oldu. Həmişə qız analarına baxıb sevinirdim. Oğlum bir başqadır, qızım bir başqa”.

Rahidə Baxışovanı səhnədən uzaqlaşdıran evlilik ona iki gül bala qismət edib. Belə görünür ki, müğənninin ailə sevgisi sənətə qalib gəlib və onu yaradıcılıqdan uzaqlaşdırıb:

"Mənim iki övladım var, oğlum Fərid, qızım Zəhra. Oğlumun 14 yaşı var, qızım isə 4 yaşına keçib. Bilmirəm qızlar dəcəl olur, həyasız olur, Allah saxlasın bütün balaları. Övladıma görə bütün peşmanlıqları bir kənara qoyuram”.

Müğənni həyat yoldaşından ayrıldığını doğrudan-doğruya açıqlamağı düzgün hesab etməsə də, üstüörtülü şəkildə bizimlə bölüşdü:

"Durum niyə yalandan danışım ki? Qadın heç vaxt istəməz ki, sevdiyindən ayrılsın, ailəsindən, doğmalarından ayrılsın. Əgər bu ayrılıq varsa, demək, qismətdir. Ayrılan zaman bəzən biz ağlayırıq ki, niyə bel oldu. Ancaq zamanla anlayırıq ki, nə yaxşı belə olub. Elə bunun çıxış yolu bu idi”.

Rahidə xanım, söz-söhbətlər gəzir ki, siz yenidən sənət qayıtmaq üçün ailə həyatınıza son vermisi:

"Mən sənətə gəlim deyə ailəmi atım, bu gülünc bir şeydir, biabırçılıqdır. Bunu kim deyirsə, mənim haqqıma girir. Heç bir qadın istəməz ki, xoşbəxt ailəsindən uzaqlaşsın. Nə isə alınmayıbsa, deməli, mən işimə qayıtmamalıydım, sənətimə gəlməməliydim?

Hansı insanlarda ki, üz var, sifət var, o insanlar həmişə irəli gedirlər. Mən onları alqışlayıram. Çünki mən görürəm ki, bu sənət bunu tələb edir. Mən mədəni, sakit olum, hamıya yumşaq davranım, bu mənə heç nə verməyəcək. Belə olmamaq üçün özümü çox qınayıram”.

Sənətçi son zamanlar sevilən ifaya çevrilən "Kül oldum” adlı yeni mahnısından da söz açdı:

"Biz yeni mahnı hazırladıq. Söz və musiqisi Zülfü Bədəlovun, aranjiman isə Elvin Musayevindir. "Kül oldum” adlanır. Mahnı sevib ayrılanlar üçündür. Bu mahnı da mənim sevilən mahnılarım sırasında olacaq”.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
 
Nazim Babayev
BAKU.WS