VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xatirinzdədirsə, bir müddət öncə əməkdar artist Röya Ayxanla bəzi şou-biznes müxbirləri arasında qalmaqal yaşandı.

BAKU.WS bildirir ki, mətbuatda əməkdar artistin noyabrın 25, 26 və 27-də Heydər Əliyev Sarayında verdiyi 3 günlük konsert proqramına jurnalistlərin bir qismini buraxmayacağı haqqında yazı dərc olunmuşdu.

Musavat.com-un yazdığına görə, Sarayın mətbuat katibi Anar Fərəczadə demişdi ki, konsertə jurnalistlərin buraxılmamasına səbəb onlarla əlaqəli deyil: 
 
"Konsertin hər detalı ilə Röyanın komandası məşğul olur. Jurnalistlərin buraxılıb, buraxılmaması onlardan asılıdır”.
Röyanın prodüseri Vüsal adlı şəxs isə qeyd etmişdi ki, konsertə xəbər portallarının əməkdaşları buraxılmayacaq: 
 
"Bəzi telekanallar çəkiliş üçün sarayda olacaq. Xəbər portallarının çəkilişinə icazə yoxdur. Konsertdən fotoları Röyanın fotoqrafı çəkəcək və mətbuata ötürəcək. Biz jurnalistlər üçün dəvətnamə ayırmışıq. Çəkiliş edə bilməsələr də, gəlib dincələ bilərlər". 
 
Bundan sonra bəzi sayt və qəzet əməkdaşları (şou-biznes yazarları-red) buna etiraz olaraq, çalışdıqları çap mediasında Röya Ayxanla bağlı yazılar yayımladırlar. Bu yazılarda Röya Ayxanla bağlı kəskin iradlar yer almışdı.

Röya Ayxanı isə daha çox "Belə getsə, yaxın 5 ildə Röyanın şou-biznesdə izi-tozu qalmayacaq” – cümləsi özündən çıxarmışdı.
Əməkdar artist hətta "İnstagram” bloqunda həmin cümləni işlədən jurnalistə cavab da vermişdi.

Ardınca isə yəni dekabrın 1-də Bakı Olimpiya Stadionunda adıçəkilən məkanda 31 dekabrda keçiriləcək "Ən Yeni İl” gecəsi ilə bağlı mətbuat konfransını şou-biznes müxbirləri boykot etdilər.
 
Bundan xəbər tutan stadion rəhbərliyi yaranan gərginlik səbəbindən dolayı konfrans siyahısında R.Ayxanın adını çıxarmaq məcburiyyətində qaldılar.
 
Daha sonra mətbuatda yazılar yer aldı ki, guya Röyanın ümimiyyətlə həmin gecə çıxışı gözlənilmir.
 
Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova BAKU.WS-ə açıqlamasında xəbərin həqiqəti əks etdimədiyini deyib:

"Həmin gün Röya xanımın yaradıcılıq işləri olduğundan mətbuat konfransına qatıla bilmədi. Lakin elə həmin gün axşam əməkdar artistin brifinqi keçirildi. Röya xanım Yeni İl gecəsi Stadionumuzun səhnəsində çıxış edəcək”.
 
Aytən.H
BAKU.WS