SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Aygün Kazımova 90 minlik "Chevrolet Camaro Cabriolet”i ilə yenidən gecə gəzintisinə çıxıb.

BAKU.WS-in məlumatına görə, axşam.az-ın fotokameralarına tuş gələn müğənni açılış mərasimlərindən birinə yollandığını deyib.

Yeri gəlmişkən, xatırladaq ki, bu ilin əvvəlində "ATV maqazin 10larla” verilişinin "İnanmayacaqsınız” rubrikasında qonaq olan A.Kazımova "Səni belə sevmədilər” mahnısına klip çəkdirmək üçün avtomobilini satdığını demişdi. 
 
"Amma ayağım yerdə qalmayıb. Aparırlar-gətirirlər, taksi var” – deyən xalq artistinə verilişin yayımından bir gün sonra 90 000 dollar dəyərində "Chevrolet Camaro Cabriolet” hədiyyə etmişdilər.
 
Onu da əlavə edək ki, A.Kazımovanın avtomobilinin nömrəsinin qiyməti də 15 min manatdır. Belə ki, A.Kazımova 99 DT 999 dövlət nömrə nişanını əldə etmək üçün nə az, nə çox 15-20-min AZN-dən keçib.

 
Aysel.Ş
BAKU.WS