SİZİN REKLAM BURADA!
055 213 76 73



Son günlər şəxsi həyatı ilə gündəmə gələn müğənni Sevda Sanəliyeva evliliyindən danışıb.

BAKU.WS xəbər verir ki, ifaçı  "ARB Ulduz”un efirində yayımlanan "Şou məkan” verilişində ilk evliliyinin uğursuz olduğunu bildirib.

"İlk ailəm uğursuz oldu. Daha doğrusu, buna ailə də demək olmazdı. Nə yaşadıq ki, nə də gördük? Mən ailə qurduğum günün səhəri başa düşdüm ki, səhv etmişəm. Düzgün insan seçməmişəm. O, mənim üçün düzgün insan deyil, mən də onun üçün... Bunu başa düşdük və anlaşıb ayrıldıq. İndi ikinci yoldaşımı, ikinci deyil, elə birinci hesab edirəm. Onu çoxdan tanıyıram. Hər zaman da yanımda olub. Anam vəfat edəndən sonra, indiki həyat yoldaşım mənə dəstək oldu. O, olmasaydı, aqibətimin necə olacağını heç təsəvvür belə etmirəm” deyən, S.Sanəliyeva ərinin birinci ailəsini dağıtması ilə bağlı söhbətlərə də münasibət bildirib:

"Haqqımda boş-boş söhbətlər gəzir. Fikir vermirəm, axırda yorulub susacaqlar. Kiminsə ailəsini dağıtmaq, ərini əlində almaq mənə düşməz. Heç kəsdən qorxmuram, edərəm, o yana da keçərəm. Ancaq Allah var axı”.
 
Qeyd edək ki, S.Sanəliyevanın ərinin keçmiş qayınanası açıqlama verərək övladının boşanmasının səbəbkarının ifaçı olduğunu demişdi.
 
Aysel.Ş
BAKU.WS