SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Aygün Kazımova aparıcı Lamiyyə Ələkbərqızının "Həyat tərzi” verilişinin qonağı olub. 

BAKU.WS axşam.az-a istinadən xəbər verir, müğənni həyatından, qızı İlqarədən bəhs edib. A.Kazımova övladının nişanlanması haqqında yayılan xəbərlərə münasibət bildirib:

"Hələ belə bir şey yoxdur. Qızım haqqında da şayiələr yayılmışdı ki, nişanlanıb. Hətta toyunun olması da yazılmışdı. Qızıma oxşayan birinin xaricdə olan toy fotoları yayıldı. Qız İlqarəyə necə oxşayırdısa, özüm də az qala inanırdım (gülür). Belə bir hadisə baş verən kimi, tamaşaçılarla bölüşəcəm”.
 
Maraqlı anlarla yaddaqalan verilişdə A.Kazımova hədiyyələr göndərilib.
 
Aysel.Ş
BAKU.WS